"Azərbaycanda "Lombardlar haqqında" qanun layihəsi istənilən halda növbəti ildə qəbul olunacaq".
Azərbaycanda "Lombardlar haqqında" qanun layihəsi istənilən halda növbəti ildə qəbul olunacaq.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.
"Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanları müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onları geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır",- deyə T. Mirkişili qeyd edib.
O həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətə olanlar barədə məlumat toplamağa imkan yaradacaq.
"Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır", - deyə T. Mirkişili qeyd edib.