"Azərbaycanda kredit faizləri yenidən artacaq?"
"Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalmas baş verməsin".
Bakıvaxtı.az xəbər verir ki. bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu isə əslində o deməkdir ki, Azərbaycanda kredit faziləri yenidən arta bilər. Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq.
"Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faizdir. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir".
Deputat xatırladıb ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı.
Qeyd edək ki, Vüqar Bayramov Milli Məclisinin son plenar iclasında güzəşt müddətinin daha 1 il uzadılması və yeni mexanizmin hazırlanması təklifi ilə çıxış edib.