Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
Bu “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.
Minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq.
Layihəyə əsasən, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4% təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur.
Həmçinin, gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.