KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 17:39 | Baxış sayı: 343
“Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən addımlar atılmalıdır".

Azərbaycana elektrik mühərrikli avtomobillərin gətirilməsi və ya ölkədə istehsalı ilə bağlı müəyyən addımlar atmağa ehtiyac var.

Trend-in məlumatına görə, bunu deputat Asim Mollazadə noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

A.Mollazadə bildirib ki, hava mühitinə ən çox zərər vuran avtomobillərdir.

“Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, elektrik mühərriklərinin istehsalı üçün Gəncə Avtomobil Zavodunda imkan var. Burada dövlət rərəfindən də müəyyən dəstək ola bilər. Elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştlər müəyyən edilərsə, bu da bir stimul ola bilər. Əgər hələ ki, biz özümüz bunu istehsal edə bilmiriksə, idxal olunmasını stimullaşdırmalıyıq” – deyə, A.Mollazadə deyib.

Xəbərlər