"Azərbaycanda avtomobillərə nömrələrin verilişi onlayn təşkil olunmalı, "qara bazar"ın qarşısını alınmalıdır"
“Artıq XXI əsrdir. Çox ciddi texnoloji nailiyyətlər, elektron sistem var. İnternet sistemi bütün dünyada aparıcı sahəyə çevrilib. Bəs nə üçün ölkəmizdə avtomobil nömrələrin verilişi onlayn olmasın? Bu, onlayn bazarda ciddi keyfiyyət yaradar. Sürücülər bəyəndikləri nömrəni seçər, rüsumu ödəyərlər. Dəqiqliyi ilə bilinər ki, hansı nömrənin qiyməti konkret nədir. "Qara bazar"ın qarşısını ciddi şəkildə almaq lazımdır. Dövlət rüsumu nə qədərdirsə, hər kəs bu rüsumu ödəməklə nömrə alsın. Onlayn sistemin qarşısını almaq istəyənlərin önünə sədd çəkilməlidir. Bu, mümkündür və aidiyyatı təşkilatlar bu istiqamətdə işləməlidirlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Onlayn sistemi yaratmaq lazımdır. Bu yaxınlarda Dubaydan qayıdan yaxın tanışım dedi ki, Dubayda maraqlandıq, istənilən nömrə onlayn sistemdə açıq şəkildə qoylub, hətta 1 milyon dollar qiyməti olan nömrə də var idi. Heç bir mübahisə də törətmirdi, narazılıq yaratmırdı. "Qara bazar"a da ehtiyac qalmamışdı. Ölkəmizdə də onlayn nömrə satışını tətbiq etmələrini umuram ki, bu sahədə ciddi şəffaflıq yaransın”, - deputat bildirib.
pravda.az