"Azərbaycan Xankəndidə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə hazırdır"
"Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar və hər bir Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikdir. Eyni zamanda, bu vətəndaşlarımızın da borcudur ki, Azərbaycan qanunvericiliyinə əməl etsinlər. Çox təəssüf ki, uzun illərdir ki, Qarabağın işğal altında olan ərazilərində yaşayan ermənilər, yüz illərlə formalaşmış radikal erməni millətçiləri, onları dəstəkləyən imperialist güclər (İran və Fransa kimi dövlətlər) onlardan istifadə ediblər. Həmin qruplar Ermənistan ərazisində erməni xalqını girovda, zülmdə saxlayırlar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputatın sözlərinə görə, heç bir qüvvənin ixtiyarı yoxdur ki, Azərbaycan ərazisində yaşayan, Azərbaycan vətəndaşı olan hər hansı bir şəxsə qarşı hansısa separatist mövqe və dəstək göstərsin:
"Cənab Prezidentimiz 44 günlük Vətən müharibəsi bitdikdən sonra dəfələrlə Ermənistana mesaj göndərdi ki, bu separatizmə son qoyulsun. Çox təəssüf iki ildən artıqdır ki, bu radikal erməni millətçiləri, Fransa və İran kimi separatizmi dəstəkləyən ölkələr Azərbaycanın stabiliyini pozmaq istəyirlər. Bir neçə gün öncə Azərbaycanın səhiyyə işçiləri Xankəndində ermənilərə yardım etdi. Təbii ki, Azərbaycan Xankəndidə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə hazırdır. Kadrlarla, dərman ləvazimatları, yəni hər şeylə təmin olunub. Bununla da, Azərbaycan ayrılmaz parçasında heç bir qüvvənin, xaricdən gəlib təxribatla məşğul olan qüvvələrin cavabı verildi".