Plenar iclaslar 27 Dekabr 2022, 12:44 | Baxış sayı: 120
“Azərbaycan Vardanyanın dediklərinə görə geri çəkiləsi deyil, məqsədə nail olacağıq”

“Vardanyan mitinqdə üç məsələni irəli sürüb – birincisi, tabe olmamaq; ikincisi, tabe olmasaq, mütləq şəkildə qarşıdurmaya getmək; üçüncüsü, məsələni bütün beynəlxalq təşkilatların bu işə cəlbi ilə ayırd etmək. Bunlar çalışırlar ki, BMT-də hansısa qətnamələr qəbul olunsun. Məlum məsələdir ki, BMT Azərbaycanla bağlı 4 qətnaməsini heç 30 il ərzində yerinə yetirməyib. Rusiya ilə bağlı dəfələrlə qətnamələr qəbul olunub, heç biri yerinə yetirilmir. İnandırıcı görünmür ki, Qarabağ separatçılarının atdıqları addımlarla bağlı Azərbaycana qarşı hansısa qətnamə qəbul olunsun. Ermənilərin arzusu bu idi ki, MDB rəhbərliyinin Sankt-Peterburqda keçirilən qeyri-formal görüşündə yolun açılması ilə bağlı ciddi qərar qəbul edilsin. Lakin bu da baş tutmadı. Saxta mitinqlərlə əlaqədar bəyənatlar verirlər, guya mitinq 26 min kvadrat metr ərazidə keçirilir, hər kvadrat metri 3 nəfərdən hesablayırlar. Ümumiyyətlə, belə analoqu olmayan hesablama yoxdur...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan öz dediyinin, təkidlərinin üzərində durur: “Ərazi Azərbaycan ərazisidir və orada ekoloji terrora qarşı  mütləq şəkildə monitorinqlər keçirilməlidir. Vardanyan, təbii ki, üzərinə düşən missiyanı yerinə yetirmədiyi üçün Rusiya tərəfdən müxtəlif tənələrə məruz qala bilər. Ya ərazini tərk etməlidir, ya da sona qədər dediklərini çatdırmağa çalışacaq. Azərbaycan Vardanyanın dediklərinə görə geri çəkiləsi deyil, beynəlxalq qanunlara uyğun üzərinə düşən missiyanı ərazi bütövlüyü çərçivəsində həll edəcək. Həm Vardanyan, həm də separatçılara qarşı bütün beynəlxalq norma və qanunlara uyğun müvafiq qərarlar qəbul olunacaq. Sarkisyan-Köçəryan cütlüyü də Vardanyanın keçirdiyi mitinqlərin əleyhinədir. Çünki məram, məqsəd məlumdur – artıq hakimiyyət davası gedir. Buna görə də elə öz aralarında müvafiq qərarlar qəbul edilməsi ilə bağlı bir sıra addımlar atıla bilər. Nə Araik Arutyunyan, nə digər separatçılar Vardanyanın yürütdüyü siyasətdən razıdırlar. Lakin biz öz təkliflərimizi demişik, hər hansı “status”dan söhbət gedə bilməz. Nəyin bahasına olur-olsun, qarşımıza qoyduğumuz məqsədə nail olacağıq!”

Xəbərlər