Ümumi 7 Dekabr 2022, 16:37 | Baxış sayı: 143
"Azərbaycan üçün Ermənistandan hələ də terror təhlükəsi var"

"Bu gün Azərbaycan üçün Ermənistan tərəfindən hələ də terror təhlükəsi var. Ötən il ərzində Azərbaycan ərazisində çox sayda minaların basdırılması birbaşa terrorçuluqdur".

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qeyri-qanuni silahlı birləşmələrin olması və onların əldə etdiyi silahların əhalidən yığılan vergi hesabına olmadığı da məlumdur: "Deməli, kimsə onları maliyyələşdirir. Təbii ki, məsələnin siyasi tərəfi də rol oynayır. Bütövlükdə ölkəmiz üçün terror təhlükəsi var və bu işlə mübarizədə tək Azərbaycan yox, eləcə də beynəlxalq valyuta idarələri və beynəlxalq təşkilatlar aktiv olmalıdır. Bu kimi halların qarşısının alınması istiqamətində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin qəbulu əhəmiyyətlidir”.

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə bildirib ki, əsas məqsəd maliyyə institutlarının belə hallara qarşı daha dayanıqlı olmalarını təmin etməkdir: “Məqsəd belə faktlar olanda dərhal qarşısını ala bilməkdir. Çünki iqtisadi sistemimizə ziyan vurulmamasına çalışırıq”.

Xəbərlər