Plenar iclaslar 20 Dekabr 2022, 14:51 | Baxış sayı: 277
"Azərbaycan regionda İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

Bu gün qəbul olunmuş qanunlara görə Azərbaycan regionda İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, İKT sektorunda vergidən azad edilmə təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiq edilir: "Məsələn, Ukraynada 0 %, Gürcüstan və Rusiyada 1 % həddində tətbiq edilir".

Bununla yanaşı deputat hesab edir ki, bu məsləyə yalnız vergi baxımından yanaşmaq düzgün deyil, hazırda mütəxəssislər arasında böyük rəqabət var: "Belə ki, bir İT mütəxəssisi multiplikator effekti ilə 4 iş yeri yaradır. Yeganə iqtisadi sahədədir ki, onun belə yüksək effekti var".

Xəbərlər