Siyasət 6 Aprel 2023, 15:31 | Baxış sayı: 116
“Azərbaycan İsraildə səfirlik açan birinci müsəlman ölkəsi deyil"

"Son illərin tarixində İranın islam ölkələrinə yanaşmasında tutduğu mövqe onun islam dəyərlərindən uzaq olduğunu göstərir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildirib ki, Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə ərazilərimizdəki milli mədəniyyət abiləri, məzarlıqları dağıdılsa da, İran buna bir dəfə belə etirazını bildirməyib:

"Qarabağdakı 67 məsciddən 65-i yerlə yeksan ediləndə, iki məsciddə donuz və mal-qara saxlayanda Ermənistana heç olmasa etirazını bildirərdi. Və ya da Qərbi Azərbaycanda məscidlərimizin dağıdılmasına niyə səsini çıxartmadı?! 

Əgər İran özünün İslam Respublikası adlandırırsa, niyə islam dininin dəyərlərini məhv edən Ermənsitanın yanındadır və ona öz dəstəyini ifadə edir?  

Azərbaycan islam dini dəyərlərini yüksək dəyərləndirərək yaşadan ölkə olduğu halda İran nə üçün sərhədlərimizdə hərbi təlimlər keçirir, pilotsuz aparatlar və döyüş təyarələri uçurdur, Tehrandakı səfirliyimizdə terror törədir? 

Bütün bunlar onu göstərir ki, İranın məqəsdi islam dəyərlərini qorumaq deyil, sadəcə Azərbaycanın uğurlu inkişafını və dünya çapında artan nüfuzunu qəbul edə bilmir. İran parlamenti İƏT, İslam Məclisləri katibliyi və İslam dünyasına İsraildə səfirliyimizin açılmasına görə ölkəmizi qınamağa çağırış edir. Təbii ki, bu çağırış gülüş doğurur. Çünki, İslam ölkələrinin İsraildə səfirlikləri fəaliyyət göstərir və Azərbaycan heç də  İsraildə səfirliyi açan birinci müsəlman ölkəsi deyil".

Mənbə: Demokrat.az

Xəbərlər