Plenar iclaslar 5 Mart 2024, 15:21 | Baxış sayı: 188
"Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir"

Ermənistanda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşa qədər hamısı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: “Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.

F.Ağamalının sözlərinə görə, nə qədər ki Ermənistan güclü şəkildə silahlanmayıb, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir:

“Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.

report.az

Xəbərlər