Siyasət 28 Fevral 2023, 16:35 | Baxış sayı: 113
“Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolu var”

"Sergey Lavrovun Bakıya səfəri zamanı ikitərəfli münasibətlər bir daha müzakirə edildi".

Bunu Demokrat.az-a Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, bütün dövlətlərin xarici işlər nazirləri konkret bir məsələyə görə gəlmir:

"Lavrov da bütün məsələləri kompleksli həllinə nail olmaq üçün gəlib. Bildiyimiz kimi, Azərbaycanla Rusiya müttəfiq və yaxın qonşudurlar.  Bununla belə, Ukrayna məsələsində fərqli mövqe var və biz Ukraynanın mövqeyini dəstəkləyirik.  Ümumiyyətlə, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolu var. Çünki Rusiya Ermənistanla münasibətlərinin normallaşmasında yolların açılması, Zəngəzur dəhlizinin açılması deyil, eyni zamanda Ermənistanla digər məsələlərin həllində maraqlıdır. Lavrovun səfərində də məhz bunlar müzakirə edilib. 

Qeyd edim ki, Sergey Lavrov Rusiya siyasətində heç də elə-belə adam deyil, kifayət qədər güclü mövqeyi mövcuddur. Onun Rusiyanın siyasətinin strategiyasının müəyyənləşməsində xüsusi çəkisi var".

Xəbərlər