Siyasət 6 Mart 2023, 12:53 | Baxış sayı: 125
"Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsi vacibdir"

“Təəssüf ki, Ermənistan öz bədnam əməllərindən əl çəkmir. Laçın yoluna alternativ olan köməkçi yollardan qeyri-qanuni olaraq silah və sursatın, şəxsi heyət və minaların daşınmasına maneə olmağa çalışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsinə Ermənistandan tərəfdən atəş açılması nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar olub. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulsa da itkimiz var. Düşünürəm ki, bu hadisə bir daha Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin vacibliyini ortaya qoyur”.

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Ermənistanın dünyanı Xankəndinin “blokadası” nağılları ilə aldatması da iflasa uğradı: “Bu terror aktı bir daha sübut edir ki, çoxsaylı alternativ yollar var və qarşı tərəf həmin yollardan istifadə edərək Azərbaycan ordusuna və hazırda Qarabağda məskunlamağa davam edən sivil insanlara qarşı əsl təhlükə mənbəyi olmağa davam edir. Ümid edirəm ki, aylardır Azərbaycanı blokada şəraiti yaratmaqda ittiham edən beynəlxalq birliklər də bu mənzərəni aydın şəkildə görər və qiymətləndirər”.

Xəbərlər