KOMİTƏ İCLASLARI 25 Yanvar 2023, 13:18 | Baxış sayı: 130
“Azərbaycan dünyanın ən öndə olan idman ölkələrindən birinə çevrilib”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmançılara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, nəticədə Azərbaycan dünyanın ən öndə olan idman ölkələrindən birinə çevrilib.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Gənclər və idman komitəsinin iclasında bildirib.

 

“Ölkəmiz yalnız idmançılarımızın qazandıqları medallar ilə deyil, eləcə də nüfuzlu idman yarışlarını ən yüksək səviyyədə təşkil edilməsinə görə fərqlənir. Bu gün bir çox ölkə Azərbaycanın idman yarışlarının təşkili təcrübəsini öyrənir və öz praktikalarında tətbiq etməyə çalışırlar”, - A.Əliyev qeyd edib.

Xəbərlər