Cəmiyyət 10 Yanvar 2023, 12:06 | Baxış sayı: 112
""Ayaqyolu yoxdur" deyən müəllimə töhmət vermək yolverilməzdir"

"Bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var. "Ayaqyolu yoxdur" deyən müəllimi məzəmmət etmək, töhmət vermək yolverilməzdir. Töhməti müxtəlif yollarla, hüquqi don geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin, hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllimə bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu ayrıca bir uğur hekayəsidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

R.Nurullayev qeyd edib ki, müəllim dövlətə, hökumətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb: "O, bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb. İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam. Hər kəs başa düşür və görür ki, yeni məktəblər tikilir, təmir edilir və elə müəllimənin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir. Amma, bu həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz. Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və sairəni gözləməyə ehtiyac yoxdur".

Xəbərlər