Aprelin 20-si Gənclər və idman komitəsinin iclası keçiriləcək.
KOMİTƏ İCLASLARI
18 Aprel 2022, 16:43 | Baxış sayı:
206
Milli Məclisdə 6 qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılacaq.
Modern.az xəbər verir ki, bununla bağlı parlamentin Gənclər və idman komitəsinin aprelin 20-də keçiriləcək iclasının gündəliyinə məsələ daxil edilib.
Gündəliyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr müzakirə olunacaq.