Siyasət 19 Sentyabr 2023, 16:40 | Baxış sayı: 241
“Antiterror tədbirləri qaçılmaz idi”

Son aylarda artan erməni təxribatlarına qarşı Azərbaycan ordusu lokal antiterror tədbirləri başlatdı. 

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. 

"Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb", məlumatda deyilir.

Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında deyib ki, antiterror tədbirlərinin başladılması qaçılmaz idi:

“Qarabağda məskunlaşan qanunsuz erməni hərbi birləşmələri ağır silahlardan istifadə edərək, minalar basdıraraq azad olunmuş ərazilərin bərpa prosesinin qarşısını almaq, Azərbaycan vətəndaşlarının öz doğma torplaqlarına qayıdışına əngəl olmaq istəyirdilər. Antiterror tədbirləri məhz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və terrorun qarşısını almaq üçün həyata keçirilir. Lokal xarakter daşıyır, ordumuz dəqiq silahlardan istifadə edir. Yalnız hərbi obyektlər hədəf alınır. Antiterror tədbirləri gözlənilən idi. Sayları on min civarında olan qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasının başqa yolla mümkün olacağı görünmür”. 

demokrat.az

Xəbərlər