"Antibiotiklər apteklərdə reseptlə satılmalıdır"
KOMİTƏ İCLASLARI
20 İyun 2023, 14:36 | Baxış sayı:
182
Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur.
Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva çıxış edib.
O xatırladıb ki, bu gün ölkədə antibiotiklər reseptsiz satılır: “Mətbuatda hətta reklamları gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə satılmalıdır. Dünya ölkələrinin də bununla bağlı təcrübəsi var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.
Mənbə: report.az