İctimai Dinləmə 13 Mart 2023, 13:06 | Baxış sayı: 211
"Ali Attestasiya Komissiyası ləğv olunmalıdır"

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ləğv olunmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, elmi dərəcələri universitetlərin özləri verməlidir:

"Bütün istiqamətlərdə gələcək ixtisasların atlası hazırlanmalıdır. Yeni ixtisaslar üzrə bir müddətdən sonra çox ciddi kadr qıtlığı müşahidə oluna bilər. Universitetlərin beynəlmiləşdirilməsi vacibdir. Elmin inkişafı yeni problemlərlə üzləşir. Müstəqil akkreditasiya qurumlarının yaradılmasına ehtiyac var. Dövlət İmtahan Mərkəzi ali məktəblərə tələbə qəbulu aparır. Amma özəl təhsilin mütəxəssis hazırlığında rolu görünmür. Belə anormallıq dünyanın heç bir yerində yoxdur. Uzağa getməyək, qardaş Türkiyədə belə bir şey olsa, yer yerindən oynayar".

Xəbərlər