Plenar iclaslar 20 Dekabr 2022, 12:50 | Baxış sayı: 116
"Ailə institutunun zəifləməsində feministlərin rolu artmaqdadır"

Bu gün Azərbaycanda ailə institutuna kənardan çox ciddi müdaxilələr var.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ailə institutunun zəifləməsində feministlərin rolu getdikcə artmaqdadır: “Bu təşkilatlar gənc qızları xoşagəlməz istiqamətə yönəltməyə çalışırlar. Biz qanunvericilikdə bunun qarşısını almalıyıq. Ciddi qanunvericilik aktlarının qəbuluna ehtiyac var”.

Xəbərlər