Cəmiyyət 13 İyul 2022, 17:41 | Baxış sayı: 239
“Aİ-95 markalı benzinin bahalaşacağı ilə bağlı dəqiq məlumat eşitməmişəm".

“Aİ-95 markalı benzinin bahalaşacağı ilə bağlı dəqiq məlumat eşitməmişəm. Bizdə xidməti avtomobildir. Deyəsən, Aİ-93 markalı benzin istifadə olunur. Düzü, bununla maraqlanmıram. Deputatlara limit ayırırlar, benzini ordan verirlər. Amma istənilən halda, heç kim bahalaşmanın tərəfdarı deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, dünya bazar qiymətləri mövcuddur: “Azərbaycan da gərək dünya bazar qiymətləri ilə ayaqlaşsın. İstəməzdim ki, yanacaq qiymətləri bahalaşsın. Ancaq zərurət yaranırsa, biz, doğrudan da, beynəlxalq müqavilələrə, konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik”.

Xəbərlər