"Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur, bunun metodologiyası necə hesablanır?"
İqtisadiyyat
1 Dekabr 2022, 14:28 | Baxış sayı:
207
“Qoyun ətinin qiyməti 13 manatdan 18 manata qalxıb. Bunun metodologiyası necə hesablanır?”.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev bildirib.
“Səhər tezdən Ağcabədiyə bazara getməsən, ətin qiyməti 11 manatdır. Yox, əgər tezdən getsən, topdan satışda əti 8 manata almaq olur. Necə olur ki, həmin ət Bakıda 18 manata təklif olunur. Hələ deyirlər ki, “aşağı yeri yoxdur”. Bəlkə ölkədaxili rüsum var? Bu, necə hesablanır? Son 5 ayda ətin qiyməti Bakıda 13, 15, 18 manat olub”, - deyə deputat bildirib.