Plenar iclaslar 5 May 2022, 12:26 | Baxış sayı: 223
“ABŞ Dövlət Departamenti 10 il əvvəlki hesabatını hər il yenidən verir".

“İnsan alveri cinayətlərinin artması dünyada baş verən proseslərlə də bağlıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, hər bir vətəndaş bununla mübarizəyə öz töhfəsini verməlidir: “ABŞ Dövlət Departamenti 10 il əvvəlki hesabatını hər il yenidən verir. Antimilli Şuranın donosları ilə yazılan bu hesabatlarda heç Avropada baş verən problemlər yer almır. I Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi niyə araşdırılmır? İndi kütləvi məzarlıqlar aşkarlanır. Əminəm ki, itkin düşən 4000-dək azərbaycanlının bəzisi erməni quldurlar tərəfindən insan alverində istifadə edilib. Amma Avropada, beynəlxalq tribunalarda bunlarla bağlı heç nə səsləndirilmir. Bu gün çox çətin proseslər gedir. Biz var qüvvəmizlə çalışmalıyıq ki, bu səpkili işlərə qarşı mübarizə aparaq. Bunun üçün dəqiq qeydiyyat işlərinə fikir verməliyik. Ölkəyə daxil olan miqrantlar, ölkənin özünün daxilində regionlardan şəhərə gələn insanlar bəzi hallarda insan alverinin qurbanına çevrilirlər”.

Xəbərlər