"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir"
Plenar iclaslar
31 May 2023, 13:23 | Baxış sayı:
225
"65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır".
Bunu deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.
"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz", - deyə millət vəkili qeyd edib./APA