İnfoqrafika 19 Avqust 2022, 18:05 | Baxış sayı: 210
2021-ci ilin plenar iclaslarında deputatlar neçə dəfə çıxış ediblər?

Meclis.info deputatların 2021-ci ilin plenar iclaslarında neçə dəfə çıxış etmələri ilə bağlı monitorinq aparıb.  

Milli Məclisin 2021-ci il stenoqramlarına əsasən, həmin ilin yaz, növbədənkənar və payız sessiyaları ərzində deputatlar ümumi olaraq 1670 dəfə çıxış edib. Bunların 84%-i, yəni 1406 çıxış kişi deputatların payına düşür. Qadın deputatlar isə ümumi çıxışların 16%-ni, yəni 264-nü təşkil edir. 

Siyahıda yer alan 118 deputat arasında ilk 3 yerdə 121, 106 və 73 çıxış sayı ilə müvafiq olaraq Əli Hüseynli, Sahibə Qafarova və Musa Quliyev yer alır. Monitorinq zamanı məlum olan digər fakt isə parlamentin 16 deputatının ötən ilin plenar iclaslarında ümumiyyətlə çıxış etməməsidir. 

 

 

Xəbərlər