Plenar iclaslar, Qanun Layihələri 30 Dekabr 2021, 14:13 | Baxış sayı: 293
"2021-ci ildə ümumilikdə 38 plenar iclası keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanunda dəyişiklik edilib".

“Bu gün payız sessiyasının son iclasıdır, 16 plenar iclas keçirilib. 91 qanun və 11 qərar qəbul edilib, 71 qanunda dəyişiklik edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclası keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanunda dəyişiklik edilib: “Bura “Müstəqillik Günü haqqında, amnistiya ilə bağlı Milli Məclisin qərarı, bərpa olunan enerji ilə bağlı və bu gün qəbul edilən “Media haqqında” qanunlar, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib”.

 

Mənbə: APA

Xəbərlər