Plenar iclaslar 17 Fevral 2023, 15:10 | Baxış sayı: 111
“1993-cü illərdə iki vertolyot verilmədi, ancaq Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün varlığı ilə yanımızda oldu”

“1993-cü illərdə iki vertolyot verilmədi, ancaq Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün varlığı ilə yanımızda oldu”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Türkiyədə dağıdıcı zəlzələdən sonra sosial şəbəkələrdə “Soros” Fondu və digər bəzi Qərb institutlarının mövqeyindən çıxış edənlərə rast gəlinir: “Bu, yolverilməzdir. Mola rejimi Azərbaycan sərhədində bizi hədələmək məqsədilə təlim keçirəndən sonra Türkiyə Azərbaycanla bir yerdə təlim keçirərək Tehrana birmənalı mesaj verdi”.

Spiker Sahibə Qafarova qeyd edilib ki, deputatlar hər gün Türkiyə deputatları ilə əlaqədədir: “Mən də hər gün faktiki olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla əlaqə saxlayıram. Türkiyə ilə bir yerdə olmağa, dəstəyə davam edəcəyik”.

Xəbərlər