Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında
19 Oktyabr 2023, 5:43
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:
Sıra №-si |
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
2.1. |
Fiziki şəxslərin gəlir vergisi |
1 895 000 000,0 |
2.2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
5 675 600 000,0 |
2.3. |
Hüquqi şəxslərin torpaq vergisi |
47 400 000,0 |
2.4. |
Hüquqi şəxslərin əmlak vergisi |
336 000 000,0 |
2.5. |
Əlavə dəyər vergisi |
7 591 000 000,0 |
2.5.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
4 215 000 000,0 |
2.6. |
Sadələşdirilmiş vergi |
333 300 000,0 |
2.7. |
Aksizlər |
1 531 000 000,0 |
2.7.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər |
173 000 000,0 |
2.8. |
Yol vergisi |
127 400 000,0 |
2.8.1. |
Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
37 000 000,0 |
2.9. |
Mədən vergisi |
158 300 000,0 |
2.10. |
Gömrük rüsumları |
1 475 000 000,0 |
2.11. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar |
209 000 000,0 |
2.12. |
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar |
1 934 000,0 |
2.13. |
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər |
558 220 000,0 |
2.14. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) |
12 781 000 000,0 |
2.15. |
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar |
28 000 000,0 |
2.16. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
11 000 000,0 |
2.17. |
Dövlət rüsumu |
354 000 000,0 |
2.18. |
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar |
21 000 000,0 |
2.19. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar |
831 000 000,0 |
2.20. |
Sair daxilolmalar |
207 846 000,0 |
Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri və fondların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait hesabına formalaşır:
Sıra №-si |
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
3.1. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları |
523 940 000,0 |
3.1.1. |
yol vergisi |
127 400 000,0 |
3.1.2. |
mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi |
6 700 000,0 |
3.1.3. |
idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər |
60 000 000,0 |
3.1.4. |
idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu |
96 400 000,0 |
3.1.5. |
Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu |
8 000 000,0 |
3.1.6. |
nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu |
31 500 000,0 |
3.1.7. |
sair daxilolmalar |
11 340 000,0 |
3.1.8. |
2024-cü il yanvarın 1-nə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı |
182 600 000,0 |
Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.
Maddə 5. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:
5.1. bu Qanunun 9-cu maddəsi ilə 2024-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa);
5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının gəlirləri tam həcmdə.
Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2024-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.
Maddə 7. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:
Sıra |
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
7.1. |
Ümumi dövlət xidmətləri |
4 814 934 382,0 |
7.1.1. |
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti |
1 625 804 533,0 |
7.1.2. |
beynəlxalq münasibətlər |
445 500 000,0 |
7.1.3. |
xarici yardımlar |
80 000 000,0 |
7.1.4. |
elm |
228 776 085,0 |
7.1.5. |
seçkilərin keçirilməsi və statistika tədbirləri |
110 935 344,0 |
7.1.6. |
büdcələrarası transfertlər |
351 310 000,0 |
7.1.6.1. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) |
343 260 000,0 |
7.1.6.2. |
yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya |
6 500 000,0 |
7.1.6.3. |
yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya |
1 550 000,0 |
7.1.7. |
dövlət borcu |
1 972 608 420,0 |
7.2. |
Müdafiə və milli təhlükəsizlik |
6 421 047 420,0 |
7.2.1. |
müdafiə qüvvələri |
2 465 552 086,0 |
7.2.2. |
milli təhlükəsizlik |
413 410 402,0 |
7.2.3. |
sərhəd xidməti |
487 698 516,0 |
7.2.4. |
müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
5 132 430,0 |
7.2.5. |
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər |
3 049 253 986,0 |
7.2.5.1. |
xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər |
3 000 000 000,0 |
7.3. |
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq |
2 956 658 891,0 |
7.3.1. |
məhkəmə hakimiyyəti |
145 974 083,0 |
7.3.2. |
hüquq mühafizə |
2 206 248 949,0 |
7.3.3. |
prokurorluq |
129 953 915,0 |
7.3.4. |
məhkəmə qərarlarının icrası |
10 000 000,0 |
7.3.5. |
hüquqi yardım |
5 562 128,0 |
7.3.6. |
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər |
458 919 816,0 |
7.4. |
Təhsil |
4 549 916 090,0 |
7.4.1. |
məktəbəqədər təhsil |
453 018 349,0 |
7.4.2. |
ümumi təhsil |
2 371 983 758,0 |
7.4.3. |
peşə təhsili |
77 135 017,0 |
7.4.4. |
orta ixtisas təhsili |
101 114 397,0 |
7.4.5. |
ali təhsil |
134 806 154,0 |
7.4.6. |
əlavə təhsil |
20 727 009,0 |
7.4.7. |
təhsil sahəsində tətbiqi tədqiqatlar |
7 586 356,0 |
7.4.8. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
1 383 545 050,0 |
7.5. |
Səhiyyə |
1 871 294 029,0 |
7.5.1. |
poliklinikalar və ambulatoriyalar |
2 165 901,0 |
7.5.2. |
xəstəxanalar |
231 490 056,0 |
7.5.3. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
9 483 230,0 |
7.5.4. |
səhiyyə sahəsində proqramlar və digər xidmətlər |
1 628 154 842,0 |
7.5.4.1. |
icbari tibbi sığorta fonduna ayrılan vəsait |
1 375 987 690,0 |
7.6. |
Sosial müdafiə və sosial təminat |
4 542 232 496,0 |
7.6.1. |
sosial müdafiə |
521 285 835,0 |
7.6.2. |
sosial təminat |
6 269 878,0 |
7.6.3. |
sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar |
50 000,0 |
7.6.4. |
sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər |
4 014 626 783,0 |
7.6.4.1. |
dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait |
1 392 000 000,0 |
7.7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət |
574 755 888,0 |
7.7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
232 942 212,0 |
7.7.2. |
televiziya, radio və nəşriyyat |
67 589 813,0 |
7.7.3. |
bədən tərbiyəsi və gənclər siyasəti |
71 013 450,0 |
7.7.4. |
yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər |
22 073 699,0 |
7.7.5. |
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər |
181 136 714,0 |
7.8. |
Mənzil və kommunal təsərrüfatı |
364 783 119,0 |
7.8.1. |
mənzil təsərrüfatı |
69 078 201,0 |
7.8.2. |
kommunal təsərrüfatı |
181 293 917,0 |
7.8.3. |
su təsərrüfatı |
3 407 499,0 |
7.8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
111 003 502,0 |
7.9. |
Kənd təsərrüfatı |
1 109 893 587,0 |
7.9.1. |
kənd təsərrüfatı tədbirləri |
546 216 731,0 |
7.9.2. |
baytarlıq |
48 458 232,0 |
7.9.3. |
meliorasiya |
507 133 624,0 |
7.9.4. |
kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər |
8 085 000,0 |
7.10. |
Ətraf mühitin mühafizəsi |
376 822 901,0 |
7.10.1. |
bioloji zənginliyin qorunması |
10 185 927,0 |
7.10.2. |
torpaq və yerquruluşu |
18 600 000,0 |
7.10.3. |
hidrometeorologiya tədbirləri |
11 058 407,0 |
7.10.4. |
meşə təsərrüfatı |
20 028 759,0 |
7.10.5. |
balıqçılıq və ovçuluq |
1 566 159,0 |
7.10.6. |
ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi |
314 996 649,0 |
7.10.7. |
ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər |
387 000,0 |
7.11. |
İqtisadi fəaliyyət |
7 787 986 996,0 |
7.11.1. |
nəqliyyat və rabitə |
528 123 383,0 |
7.11.2. |
iqtisadi və kommersiya fəaliyyəti |
54 395 210,0 |
7.11.3. |
tikinti və şəhərsalma |
6 309 440 300,0 |
7.11.3.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
2 482 900 000,0 |
7.11.3.2. |
işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası |
3 825 000 000,0 |
7.11.4. |
geodeziya və faydalı qazıntılar |
9 095 000,0 |
7.11.5. |
yanacaq və enerji kompleksi |
6 155 000,0 |
7.11.6. |
iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar |
144 000,0 |
7.11.7. |
iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər |
880 634 103,0 |
7.12. |
Əsas bölmələrə aid edilməyən xərclər |
1 392 674 201,0 |
7.12.1. |
ehtiyat fondları |
410 000 000,0 |
7.12.1.1. |
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu |
300 000 000,0 |
7.12.1.2. |
dövlət büdcəsinin ehtiyat fondu |
110 000 000,0 |
7.12.2. |
məqsədli büdcə fondları |
523 940 000,0 |
7.12.2.1. |
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları |
523 940 000,0 |
7.12.2.1.1. |
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası |
175 000 000,0 |
7.12.3. |
valyuta konvertasiyası |
4 000 000,0 |
7.12.4. |
əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət |
454 734 201,0 |
7.12.4.1. |
dövlət ehtiyatlarının yaradılması |
45 000 000,0 |
7.12.4.2. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
20 000 000,0 |
7.12.4.3. |
ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər |
14 366 639,0 |
7.12.4.4. |
sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər |
375 367 562,0 |
Maddə 8. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 865 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 136 600 000,0 manat, yerli xərclər 782 453 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 12 955 295 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 9 348 000,0 manat məbləğində təsdiq edilsin.
(manatla)
Sıra №-si |
Şəhər və rayonların adı |
Gəlirlər |
Yerli xərclər |
Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləş-dirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi |
Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi |
|
cəmi |
o cümlədən |
|||||
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ |
||||||
|
Şəhərlər |
|
|
|
|
|
1. |
Bakı |
12 596 770 000 |
113 967 000 |
346 945 000 |
12 135 858 000 |
0 |
2. |
Gəncə |
100 090 000 |
1 808 000 |
40 076 000 |
58 206 000 |
0 |
3. |
Lənkəran |
34 720 000 |
2 560 000 |
9 500 000 |
22 660 000 |
0 |
4. |
Mingəçevir |
34 600 000 |
65 000 |
14 816 000 |
19 719 000 |
0 |
5. |
Naftalan |
9 600 000 |
2 000 |
3 138 000 |
6 460 000 |
0 |
6. |
Sumqayıt |
188 890 000 |
2 455 000 |
31 535 000 |
154 900 000 |
0 |
7. |
Şəki |
35 100 000 |
1 893 000 |
7 989 000 |
25 218 000 |
0 |
8. |
Şirvan |
31 240 000 |
1 790 000 |
5 158 000 |
24 292 000 |
0 |
9. |
Yevlax |
24 500 000 |
2 753 000 |
7 337 000 |
14 410 000 |
0 |
10. |
Xankəndi |
|
|
|
|
|
|
Rayonlar |
|
|
|
|
|
11. |
Abşeron |
80 060 000 |
166 000 |
11 096 000 |
68 798 000 |
0 |
12. |
Ağcabədi |
22 630 000 |
1 732 000 |
6 378 000 |
14 520 000 |
0 |
13. |
Ağdam |
9 470 000 |
35 000 |
7 600 000 |
1 835 000 |
0 |
14. |
Ağdaş |
12 680 000 |
12 000 |
6 345 000 |
6 323 000 |
0 |
15. |
Ağstafa |
10 900 000 |
41 000 |
5 291 000 |
5 568 000 |
0 |
16. |
Ağsu |
15 790 000 |
1 049 000 |
5 453 000 |
9 288 000 |
0 |
17. |
Astara |
15 630 000 |
10 000 |
4 440 000 |
11 180 000 |
0 |
18. |
Balakən |
9 460 000 |
23 000 |
4 359 000 |
5 078 000 |
0 |
19. |
Beyləqan |
15 070 000 |
33 000 |
4 921 000 |
10 116 000 |
0 |
20. |
Bərdə |
19 500 000 |
61 000 |
6 872 000 |
12 567 000 |
0 |
21. |
Biləsuvar |
16 600 000 |
17 000 |
5 238 000 |
11 345 000 |
0 |
22. |
Cəbrayıl |
2 510 000 |
16 000 |
3 708 000 |
0 |
1 214 000 |
23. |
Cəlilabad |
13 870 000 |
35 000 |
6 361 000 |
7 474 000 |
0 |
24. |
Daşkəsən |
6 880 000 |
1 000 |
3 610 000 |
3 269 000 |
0 |
25. |
Füzuli |
14 700 000 |
17 000 |
7 193 000 |
7 490 000 |
0 |
26. |
Gədəbəy |
9 660 000 |
41 000 |
7 642 000 |
1 977 000 |
0 |
27. |
Goranboy |
12 040 000 |
20 000 |
6 787 000 |
5 233 000 |
0 |
28. |
Göyçay |
18 270 000 |
16 000 |
5 610 000 |
12 644 000 |
0 |
29. |
Göygöl |
19 630 000 |
9 000 |
6 066 000 |
13 555 000 |
0 |
30. |
Hacıqabul |
9 000 000 |
12 000 |
4 628 000 |
4 360 000 |
0 |
31. |
Xaçmaz |
41 330 000 |
1 544 000 |
8 249 000 |
31 537 000 |
0 |
32. |
Xızı |
5 270 000 |
5 000 |
3 277 000 |
1 988 000 |
0 |
33. |
Xocalı |
980 000 |
3 000 |
2 050 000 |
0 |
1 073 000 |
34. |
Xocavənd |
1 220 000 |
25 000 |
2 424 000 |
0 |
1 229 000 |
35. |
İmişli |
39 700 000 |
1 711 000 |
5 732 000 |
32 257 000 |
0 |
36. |
İsmayıllı |
14 440 000 |
10 000 |
6 428 000 |
8 002 000 |
0 |
37. |
Kəlbəcər |
3 000 000 |
4 000 |
4 941 000 |
0 |
1 945 000 |
38. |
Kürdəmir |
15 990 000 |
18 000 |
4 829 000 |
11 143 000 |
0 |
39. |
Qax |
6 100 000 |
15 000 |
5 453 000 |
632 000 |
0 |
40. |
Qazax |
19 670 000 |
15 000 |
5 651 000 |
14 004 000 |
0 |
41. |
Qəbələ |
25 700 000 |
22 000 |
7 493 000 |
18 185 000 |
0 |
42. |
Qobustan |
6 240 000 |
5 000 |
4 549 000 |
1 686 000 |
0 |
43. |
Quba |
31 740 000 |
64 000 |
8 064 000 |
23 612 000 |
0 |
44. |
Qubadlı |
6 770 000 |
4 000 |
4 210 000 |
2 556 000 |
0 |
45. |
Qusar |
16 800 000 |
28 000 |
5 589 000 |
11 183 000 |
0 |
46. |
Laçın |
4 520 000 |
75 000 |
5 846 000 |
0 |
1 401 000 |
47. |
Lerik |
5 409 000 |
5 000 |
5 404 000 |
0 |
0 |
48. |
Masallı |
16 340 000 |
35 000 |
8 226 000 |
8 079 000 |
0 |
49. |
Neftçala |
11 200 000 |
28 000 |
5 294 000 |
5 878 000 |
0 |
50. |
Oğuz |
4 280 000 |
30 000 |
3 928 000 |
322 000 |
0 |
51. |
Saatlı |
14 511 000 |
8 000 |
5 915 000 |
8 588 000 |
0 |
52. |
Sabirabad |
16 410 000 |
17 000 |
5 747 000 |
10 646 000 |
0 |
53. |
Salyan |
16 590 000 |
26 000 |
6 844 000 |
9 720 000 |
0 |
54. |
Samux |
8 970 000 |
16 000 |
4 869 000 |
4 085 000 |
0 |
55. |
Siyəzən |
8 160 000 |
17 000 |
3 851 000 |
4 292 000 |
0 |
56. |
Şabran |
10 130 000 |
21 000 |
4 435 000 |
5 674 000 |
0 |
57. |
Şamaxı |
17 920 000 |
14 000 |
7 493 000 |
10 413 000 |
0 |
58. |
Şəmkir |
27 890 000 |
50 000 |
9 389 000 |
18 451 000 |
0 |
59. |
Şuşa |
3 230 000 |
2 000 |
2 155 000 |
1 073 000 |
0 |
60. |
Tərtər |
11 210 000 |
17 000 |
7 006 000 |
4 187 000 |
0 |
61. |
Tovuz |
26 280 000 |
2 022 000 |
7 107 000 |
17 151 000 |
0 |
62. |
Ucar |
8 930 000 |
21 000 |
3 755 000 |
5 154 000 |
0 |
63. |
Yardımlı |
3 730 000 |
8 000 |
5 585 000 |
0 |
1 863 000 |
64. |
Zaqatala |
16 040 000 |
62 000 |
5 881 000 |
10 097 000 |
0 |
65. |
Zəngilan |
2 490 000 |
3 000 |
3 110 000 |
0 |
623 000 |
66. |
Zərdab |
5 950 000 |
11 000 |
5 582 000 |
357 000 |
0 |
|
Cəmi |
13 865 000 000 |
136 600 000 |
782 453 000 |
12 955 295 000 |
9 348 000 |
Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.
Maddə 11. Azərbaycan Respublikasının 2024-cü ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin:
Sıra |
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
11.1. |
Daxili dövlət borcu üzrə, cəmi o cümlədən: |
500 049 000 |
faiz ödənişləri |
500 049 000 |
|
11.2. |
Xarici dövlət borcu üzrə, cəmi o cümlədən: |
1 472 559 420 |
faiz ödənişləri |
621 709 420 |
Maddə 12. Azərbaycan Respublikasının 2024-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 700 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 700 000,0 min manat məbləğində təsdiq edilsin.
Maddə 13. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.
Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 590 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2024-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı, həmçinin Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına həmin fondların kəsirinin bağlanması daxilində) hesabına həyata keçirilsin.
Maddə 15. Azərbaycan Respublikasının 2024-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 42 376 215,1 min manat müəyyən edilsin.
Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2024-cü il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 15 451 986,0 min manat məbləğində müəyyən edilsin.
Maddə 17. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti