84 SAYLI FÜZULİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 46374
  • Seçilmiş vəkil: Vüqar Bayramov
  • Məntəqələrin sayı: 71
  • Ərazi: FÜZULİ RAYONU HORADİZ ŞƏHƏRİ, 20 YANVAR KÜÇƏSİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Vüqar Bayramov

Vüqar Bayramov 1975-ci il 13 iyunda Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli rayonu Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə, 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub. 2001-ci ildə Kanadada təhsil proqramında iştirak edən Vüqar Bayramov 2002-2004-cü illərdə ABŞ-ın Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsilini davam etdirib. 2004-2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib. 2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vüqar Bayramov 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib. Vüqar Bayramov Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub. Eyni zamanda Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi olub. Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü olub. O, həmçinin “Avstriya Liderlik Proqramları”nın ilk azərbaycanlı məzunudur. 2010-cu ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) Vüqar Bayramovu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib. V.Bayramov, həmçinin ABŞ-də təhsil alan zaman yeni instutsional iqtisadiyyat üzrə tədqiqatlarda fərqləndiyinə görə Nobel mükafatçısı, dünyaca tanınmış iqtisadçı Ronald Kosun imzaladığı xüsusi diploma da layiq görünüb. O, ABŞ-də olan zaman fərqli beynəlxalq toplantılarda elmi tapıntılarının geniş auditoriya qarşısında təqdimatları edib. Bayramov 2016-cı ildə hazırlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan strateji yol xəritələrinin həmmüəlliflərindən biridir. “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas müəllifidir. Bayramov eyni zamanda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi və sədridir. Azərbaycanda ilk beyin mərkəzi olan CESD, ABŞ-ın Pennsilvaniya Universiteti tərəfindən 2013-cü ildən etibarən Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi elan edilir. Təsnifata görə, Mərkəzi Asia 3 Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan), 5 Orta Asiya (Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tajikstan, Türkmənistan), Əfqanıstan və Monqolustanı əhatə edir. Bayramov ingilis, rus, türk və azərbaycan dillərini bilir.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər