15 SAYLI YASAMAL BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44620
  • Seçilmiş vəkil: Ülvi Quliyev
  • Məntəqələrin sayı: 31
  • Ərazi: YASAMAL RAYONU, ŞƏRİFZADƏ KÜÇƏSİ 176

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Ülvi Quliyev

Ülvi Quliyev

1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Dünya Karate Federasiyası (WSKF) Texniki komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2018–2020-ci illərdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər