122 SAYLI XANKƏNDİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 5006
  • Seçilmiş vəkil: Tural Gəncəliyev
  • Məntəqələrin sayı: 13
  • Ərazi: BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU GƏNCƏ PROSPEKTİ 99

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Tural Gəncəliyev

Tural Gəncəliyev

1980-ci il martın 6-da Şuşa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünas ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. İngilis, rus və fransız dillərini bilir.
«Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin İdarə Heyətinin sədridir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
2002–2003-cü illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatında böyük məsləhətçi, 2004–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti, attaşesi, III katibi vəzifələrində çalışmış, 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Kanadada Səfirliyinin II katibi, 2012–2014-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin II katibi, 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Çexiyada Səfirliyinin I katibi, 2018–2020-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin I katibi olmuşdur.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Meksika, Portuqaliya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda, ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər