42 SAYLI SUMQAYIT İKİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42895
  • Seçilmiş vəkil: Tahir Mirkişili
  • Məntəqələrin sayı: 38
  • Ərazi: SUMQAYIT ŞƏHƏRİ, SƏMƏD VURĞUN KÜÇƏSİ 5-Cİ MİKRORAYON EV 24/138

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Tahir Mirkişili

Tahir Mirkişili

1977-ci il iyunun 7-də Qubadlı rayonunun Həmzəli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Oksford Universitetində «İqtisadiyyat və siyasət» xüsusi proqramı üzrə təhsil almışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. 1 monoqrafiya və 9 elmi məqalənin müəllifidir. İngilis, rus və alman dillərini bilir.
2000–2011-ci illərdə «Ultra Computers» MMC-də mühəndis, direktor, 2011– 2015-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, iqtisadiyyat və sənaye nazirinin müşaviri vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, İspaniya, İsveçrə, İtaliya, Kanada, Koreya, Litva, Niderland, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər