107 SAYLI QAZAX SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44663
- Seçilmiş vəkil: Səməd Seyidov
- Məntəqələrin sayı: 36
- Ərazi: QAZAX RAYONU, SƏMƏD VURĞUN KÜÇƏSİ 6/1
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin II Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 791-21-11
- E-mail: [email protected]
Səməd Seyidov
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. Fransa Respublikasının «Fəxri legionun kavaleri» rütbəsinə layiq görülmüşdür. 150-dən çox elmi əsər, dərs vəsaiti, monoqrafiya və kitabın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1986-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda əmək fəaliyyətinə başlayaraq, burada müxtəlif vəzifələrdə çalışmışdır. 2000–2015-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin rektoru olmuşdur. 2016-cı ildən Siyasi Psixologiya Mərkəzi İctimai Birliyinin direktorudur.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.