56 SAYLI XAÇMAZ KƏND SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 46225
  • Seçilmiş vəkil: Sevil Mikayılova
  • Məntəqələrin sayı: 44
  • Ərazi: XAÇMAZ RAYONU, XUDAT ŞƏHƏRİ, M.F.AXUNDOV 35

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Sevil Mikayılova

Sevil Mikayılova

1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. İngilis və rus dillərini bilir.
1992–1996-cı illərdə Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuşdur. 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999– 2001-ci illərdə «Midiya Press» İnformasiya Agentliyində, 2001–2004-cü illərdə «525-ci qəzet»də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə «Trend» İnformasiya Agentliyində tərcüməçi, Tərcümə mərkəzinin direktoru, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə «Azernews» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən «Trend» İnformasiya Agentliyi baş direktorunun müavinidir.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Fransa, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
1 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər