12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 42845
- Seçilmiş vəkil: Səbinə Xasayeva
- Məntəqələrin sayı: 32
- Ərazi: QARADAĞ RAYONU LÖKBATAN QƏSƏBƏSİ,BÜNYADZADƏ KÜÇƏSİ 1 A
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı

-
Partiya: YAP
Səbinə Xasayeva
Səbinə Xasayeva 1993-cü il martın 30-da anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dillər Universitetində (ADU) norveçşünaslıq üzrə ali təhsil alıb. 2014-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) MBA üzrə magistr təhsili alıb. İngilis və norveç dillərini bilir.
Səbinə Xasayeva 2014-cü və 2019-cu illərdə 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Xocəsən bələdiyyəsinin üzvü seçilib.
2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səbinə Xasayeva, 48.70 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Səbinə Xasayeva, Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü oldu.
Səbinə Xasayeva ailəlidir