12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 42845
- Seçilmiş vəkil: Səbinə Xasayeva
- Məntəqələrin sayı: 32
- Ərazi: QARADAĞ RAYONU LÖKBATAN QƏSƏBƏSİ,BÜNYADZADƏ KÜÇƏSİ 1 A
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99455 596-21-34
- E-mail: [email protected]
Səbinə Xasayeva
1993-cü il martın 30-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr pilləsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirmişdir. İngilis və Norveç dillərini bilir.
2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Lüksemburq, Norveç, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.