50 SAYLI ABŞERON-QOBUSTAN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 46803
  • Seçilmiş vəkil: Şahin Seyidzadə
  • Məntəqələrin sayı: 49
  • Ərazi: ABŞERON RAYONU, QOBUSTAN KƏNDİ, C. CABBARLI KÜÇƏSİ 10

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Şahin Seyidzadə

Şahin Seyidzadə 1978-ci il aprelin 15-i Bakı şəhərində anadan olmuşdur. Şahin Seyidzadə 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirmişdir.

 

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirmişdir.

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirmişdir.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə magistr dərəcəsi almışdır.

2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil almışdır.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi almışdır.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və Rus dillərində sərbəst danışa bilir.

 

Peşəkar fəaliyyəti:

1999-2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru olmuşdur.

2005-2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri olmuşdur.

2006-2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində çalışıb.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olmuşdur.

2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur.

2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəridir.

2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Gənc sahibkarlarla iş komissiyası”nın sədr müavinidir.

2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəridir.

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil, həmçinin Gənclər və idman Komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvüdür.

 

24 aprel 2020-ci ildən Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 

Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə üzrə işçi qruplarının üzvüdür.

 

İctimai-siyasi fəaliyyətinə 1999-ci ildən başlayan Şahin Seyidzadə, bir çox ictimai və dövlət əhəmiyyətli layihələrə rəhbərlik edib.

 

2005-ci ildən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin həmtəsisçisidir.

2007-2009-cu illərdə "Karyera Akademiyası" layihəsinin rəhbəri olmuşdur.

2012-ci ildən gənc sahibkarların təşəbbüslərinə dəstək verən “Youth Inc.” Sahibkarlara Dəstək Proqramının (Biznes İnkubator) həmtəsisçidir.

2012-ci ildə 2012 Avroviziya Mahnı Müsabiqəsinin keçirilməsinə dəstək məqsədi ilə yaradılmış "Step In!" kampaniyasının rəhbəri olmuşdur.

2013-cü ildə baş tutan Prezident seçkiləri zamanı İlham Əliyevin namizədliyinə dəstək məqsədi ilə yaradılmış “Mənim Prezidentim” kampaniyasının rəhbəri olmuşdur.

2015-ci ildə Azərbaycanda keçirilən “Avropa Oyunları” zamanı ictimai tədbirlərin təşkili, “SABAH Könüllüləri”nin inkişafı üzrə fəaliyyət göstərmişdir.

2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının supervayzeridir.

2016-ci ildən “Azərbaycan üçün öyrət” proqramının “Təhsil Avtobusu Arxivləşdirilib 2018-01-04 at the Wayback Machine” layihəsinin rəhbəridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007, 2011 və 2016-cı illərdə gənclərlə keçirilən görüşündə iştirak etmişdir.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür.

Ailəlidir, iki övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər