54 SAYLI ŞABRAN-SİYƏZƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 52315
  • Seçilmiş vəkil: Sadiq Qurbanov
  • Məntəqələrin sayı: 70
  • Ərazi: ŞABRAN ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PROSPEKTİ 115

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Sadiq Qurbanov

Sadiq Qurbanov

1972-ci il iyulun 12-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Mexanikariyaziyyat və Hüquq fakültələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. 2 kitabın həmmüəllifi, 10-dan çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1994–2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mühəndis, 2000–2006-cı illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş referent, 2006–2010-cu illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasının dosenti, 2010-cu ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavinidir.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Qazaxıstan, Macarıstan, Norveç, Pakistan, Serbiya, Şimali Makedoniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər