13 SAYLI XƏZƏR-PİRALLAHI SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44996
- Seçilmiş vəkil: Rauf Əliyev
- Məntəqələrin sayı: 37
- Ərazi: XƏZƏR RAYONU, MƏRDƏKAN QƏSƏBƏSİ, NEMƏT RƏSULOV KÜÇƏSİ 4
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin III Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

-
Partiya: YAP
- E-mail: [email protected]
Rauf Əliyev
Rauf Asif oğlu Əliyev 1956-cı ilin mayın 27-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirib.
1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləyib. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin İdarə rəisi olub.
1991-1992-ci illərdə “İnbak” firması baş direktorunun müavini, 1994-cü ildən gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000-2005-ci illərdə “Neftçi” İdman-sağlamlıq Mərkəzinin sədri vəzifəsində çalışıb. 2004-cü ildən AFFA-nın birinci vitse -prezidentidir. 2015-ci ildə Azərbaycan Gimnastika Fedrasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib.
2005-ci ildən III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilib. Əvvəllər Azərbaycan-Bolqarstan paralmentlərarası əlaqələr üzrə işçi qrpunun rəhbəri, Bolqarstan, Fransa, Koreya, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Paralamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvüdür. MDB Paralamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, Turizim və idamn üzrə” daimi komissiyasının üzvü olub.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidenti 26 may 2016-cı ildə “Şöhrət” orderi ilə təltif edib.
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var