Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99470 288-06-59
- E-mail: [email protected]
Pərvin Kərimzadə
1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Əməkdar müəllimdir. 3 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin, Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 100-dək elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
1997–2009-cu illərdə Gəncə Dövlət Universitetində Ümumi tarix kafedrasının müəllimi, baş müəllimi, dosenti, 2009–2011-ci illərdə Tarix fakültəsi dekanının tədris işləri üzrə müavini vəzifələrində çalışmış, 2011–2013-cü illərdə Ümumi tarix kafedrasının müdiri olmuşdur. 2013-cü ildən həmin universitetin elm və innovasiyalar üzrə prorektorudur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatı sədrinin müavinidir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Çexiya, Gürcüstan, Hindistan, İsveçrə, Qazaxıstan, Litva, Pakistan, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var