45 SAYLI ABŞERON SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 47844
- Seçilmiş vəkil: Oqtay Əsədov
- Məntəqələrin sayı: 36
- Ərazi: XIRDALAN ŞƏHƏRİ QALYUBİYYƏ KÜÇƏSİ 1 A
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin II Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 277-71-83
- E-mail: [email protected]
Oqtay Əsədov
1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına, Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülmüşdür. Azərbaycan Tennis Federasiyasının prezidentidir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta, baş usta və sahə rəisi işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri Baş İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, 1988–1996-cı illərdə «Azərsantexquraşdırma» Birliyinin rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsində çalışmışdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.