102 SAYLI SAMUX-ŞƏMKİR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 45830
  • Seçilmiş vəkil: Nizami Səfərov
  • Məntəqələrin sayı: 51
  • Ərazi: SAMUX RAYONU SAMUX ŞƏHƏRİ ARİF NƏBİYEV KÜÇƏSİ 28

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Nizami Səfərov

Nizami Səfərov

1960-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasında və Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktoranturasında təhsil almışdır. Hüquq elmləri doktorudur. 2-ci dərəcə dövlət müşaviridir. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. Xarici ölkələrdə nəşr edilmiş 5 monoqrafiya və 120 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür.
1983–1985-ci illərdə SSRİ Baş Prokurorluğunun elmi tədqiqat institutunda stajkeçən-tədqiqatçı, 1989–1991-ci illərdə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, şöbə müdiri, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun prorektoru, 1992–1994-cü illərdə Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi olmuş, 1994–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, 1995–1998-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya qanunvericiliyi şöbəsi müdirinin müavini, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini, 1998–2019-cu illərdə İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Estoniya, Xorvatiya, Kanada, Latviya, Litva, Pakistan, Polşa, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər