29 SAYLI SƏBAİL SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 38858
- Seçilmiş vəkil: Nigar Arpadarai
- Məntəqələrin sayı: 30
- Ərazi: SƏBAİL RAYONU, BÜL BÜL PROSPEKTİ 11
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: Bitərəf
- Telefon: +99450 304-21-12
- E-mail: [email protected]
Nigar Arpadarai
1982-ci il yanvarın 17-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2002–2005-ci illərdə Yunanıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin köməkçisi, 2005–2006-cı illərdə Avropa İttifaqının TACIS layihəsinin ofis meneceri, 2006–2008-ci illərdə Avropa İttifaqının Azərbaycan üzrə xüsusi elçisinin köməkçisi, 2008–2009-cu illərdə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi, 2009–2015-ci illərdə «Azerfon» şirkətinin meneceri, şöbə müdiri vəzifələrində çalışmış, 2015–2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin direktoru olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Böyük Britaniya, Çili, Ekvador, Fransa, Norveç, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.