38 SAYLI NİZAMİ İKİNCİ (GƏNCƏ) SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 33870
- Seçilmiş vəkil: Naqif Həmzəyev
- Məntəqələrin sayı: 24
- Ərazi: GƏNCƏ ŞƏHƏRİ, ƏHMƏD CƏMİL 2
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 277-96-40
- Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 434
- E-mail: [email protected]
Naqif Həmzəyev
1983-cü il mayın 24-də Ermənistan Respublikası Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, eləcə də Yaxın və Orta Şərqin tarixi ixtisası üzrə magistr pilləsini, Türkiyənin Fırat Universitetinin Sosial Elmlər İnstitutunun doktoranturasını bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir. İngilis və rus dillərini bilir.
2007–2008-ci illərdə hərbi xidmət keçmiş, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, 2012-ci ildən İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr Mərkəzi İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013–2014-cü illərdə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini, 2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Gəncə şəhər təşkilatının sədridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Böyük Britaniya, Çexiya, Çin, Gürcüstan, İsrail, İsveç, Kolumbiya, Koreya, Qazaxıstan, Macarıstan, Mavritaniya, Portuqaliya, Tailand, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.