34 SAYLI XƏTAİ İKİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 43913
  • Seçilmiş vəkil: Mixail Zabelin
  • Məntəqələrin sayı: 36
  • Ərazi: XƏTAİ RAYONU, ƏHMƏDLİ QƏSƏBƏSİ, GƏNCƏ PROSPEKTİ 16 A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin I Çağırışı
  • - Milli Məclisin II Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Mixail Zabelin

Mixail Zabelin

1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirmişdir. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Rusiya Federasiyasının «Dostluq» ordeninə, Rus Pravoslav Kilsəsinin Sergiy Radonejski və Serafim Sarovski ordenlərinə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Moskva şəhəri Hökumətinin fəxri fərmanlarına layiq görülmüşdür.
Azərbaycanda Rus İcmasının sədridir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
1966-cı ildən Bakıda layihə institutunda texnik işləmişdir. 1969-cu ildən Bakı şəhəri Oktyabr Rayon Komsomol Komitəsinin katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin, Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, birinci katibin referenti, müfəttiş, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi komissiyalar şöbəsinin katibi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Mədəniyyət komitəsinin üzvü, Hesablayıcı komissiyasının katibidir. Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, Litva, Mavritaniya, Polşa, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
1 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər