67 SAYLI CƏLİLABAD ŞƏHƏR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 41018
  • Seçilmiş vəkil: Malik Həsənov
  • Məntəqələrin sayı: 37
  • Ərazi: CƏLİLABAD ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV PROSPEKTİ 99A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Malik Həsənov

Malik Həsənov

1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir. Rus dilini bilir.
1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə «Azinko Holdinq» tikinti şirkətinə rəhbərlik etmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, İsveçrə, Latviya, Monteneqro, Rusiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər