9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 49542
- Seçilmiş vəkil: Kamaləddin Qafarov
- Məntəqələrin sayı: 37
- Ərazi: BİNƏQƏDİ RAYONU M.Ə.RƏSULZADƏ QƏSƏBƏSİ Ə.M.AXUNDOV KÜÇƏSİ 10 A
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin V Çağırışı

-
Partiya: YAP
- E-mail: [email protected]
Kamaləddin Qafarov
Kəmaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y.H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.
2005-сi ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb.
2013–cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib.
2014–cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.
2014–cü il sentyabrın 17-də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsinə təyin olunub.
2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, dörd övladı var.