100 SAYLI ŞƏMKİR-DAŞKƏSƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 38014
  • Seçilmiş vəkil: Kamran Bayramov
  • Məntəqələrin sayı: 43
  • Ərazi: ŞƏMKİR RAYONU KÜR QƏSƏBƏSİ, ŞƏHRİYAR 2

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Kamran Bayramov

Kamran Bayramov

Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr 10-da Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 20 nömrəli orta məktəbi bitirib, həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olub, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunub, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirib. Kamran Bayramov 1999-2006-cı illərdə Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. K.Bayramov 2007-2013-cü illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlib. 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunub. 2015 və 2020-ci illlərdə keçirilən Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Avstriya, Böyük Britaniya, Xorvatiya, Kuba, Qətər, Litva, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi həmsədrinin müavini, NATO-nun Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər