100 SAYLI ŞƏMKİR-DAŞKƏSƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 38014
  • Seçilmiş vəkil: Kamran Bayramov
  • Məntəqələrin sayı: 43
  • Ərazi: ŞƏMKİR RAYONU KÜR QƏSƏBƏSİ, ŞƏHRİYAR 2

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Kamran Bayramov

Kamran Bayramov

1979-cu il noyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Hüquqşünas ixtisası üzrə magistr pilləsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin böyük inspektoru, aparıcı mütəxəssisi, baş mütəxəssisi, idarə rəisinin müavini, 2007– 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhətçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər