46 SAYLI ŞİRVAN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 43417
  • Seçilmiş vəkil: İltizam Yusifov
  • Məntəqələrin sayı: 34
  • Ərazi: ŞİRVAN ŞƏHƏRİ, Z.HACIYEV KÜÇƏSİ 2

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
İltizam Yusifov

İltizam Yusifov

1963-cü il dekabrın 1-də Şirvan şəhərində anadan olmuşdur. Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Əməkdar mühəndisdir. Rus və ingilis dillərini bilir.
1986–2001-ci illərdə «Neftqazavtomat» Elm-İstehsalat Birliyinin Şirvan şəhərindəki Avtomatika və telemexanika zavodunda mühəndis-sazlayıcı, mühəndis-proqramlaşdırıcı, sex rəisi, şöbə rəisi, baş metroloq, 2001– 2009-cu illərdə «Şirvan OYL» birgə müəssisəsində mühəndis, sahə rəisi, şöbə rəisi, bölgə direktoru, 2009–2020-ci illərdə «Şirvan Operating Company ltd.» MMC-də menecer, vitse-prezident vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər